Təhsil haqqını verməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərcləri maliyyələşdiriləcək
Azərbaycan Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Gənclər Fondunun nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərcləri maliyyələşdiriləcək.
Fonddan Leqal.info-ya verilən məlumata görə, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək. Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur. Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər. Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcək: Milli qəhrəman övladları; I, II və III qrup əlil olan gənclər; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları; Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər; I qrup əlil valideyni olan gənclər; Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər; Aztəminatlı ailədən olan gənclər. Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər: 1. Bakı Dövlət Universiteti Bakı Dövlət Universitetinin Qazax filialı 2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 3. Azərbaycan Texniki Universiteti 4. Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı 5. Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı 6. Azərbaycan Memarlıq və İnşaat Universiteti 7. Bakı Slavyan Universiteti 8. Azərbaycan Dillər Universiteti 9. Bakı Mühəndislik Universiteti 10. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 12. Sumqayıt Dövlət Universiteti 13. Lənkəran Dövlət Universiteti 14. Gəncə Dövlət Universiteti 15 Azərbaycan Texnologiya Universiteti 16. Mingəçevir Dövlət Universiteti 17. Naxçıvan Dövlət Universiteti 18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 19. Azərbaycan Milli Konservatoriyası 20. Naxçıvan Müəllimlər İnstitutu 21. Azərbaycan Tibb Universiteti 22. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 23. Azərbaycan Dövlət Aqrar Universiteti 24. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 25. Azərbaycan Dövlət Dəniz Akademiyası 26. Milli Aviasiya Akademiyası 27. “ADA” Universiteti 28. Bakı Ali Neft Məktəbi 29. Azərbaycan Turizm və Menecment Universiteti 30. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 31. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57