Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü
Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.
Leqal.info-nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, oktyabrın 19-u saat 22 radələrində “İ-Qafqaz” MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus “Meyvəli” bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib. Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir. Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış. |
XƏBƏR LENTİ
Bu gün, 08:29
Bu gün, 08:26
Bu gün, 08:23
Bu gün, 08:16
Bu gün, 08:14




































