Qadınların V Forumu keçirilir

Bakıda 700-ə yaxın qonağın iştirakı ilə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş qadınların V Forumu öz işinə başlayıb. Forumda Azərbaycan qadınının tarix boyu keçdiyi inkişaf yolundan söhbət açılıb və qazandığı uğurlar haqqında danışılıb. Forum çərçivəsində müxtəlif mövzular üzrə panel müzakirələr də təşkil edilib.

"Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra da qadınlar öz aktivliyi ilə seçiliblər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar''. Bu sözləri prezident İlham Əliyevin Bakıda keçirilən Qadınların V Forumuna ünvanladığı təbrik məktubunda qeyd edilib. Məktubu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Mərasimdə birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktubu da oxunub. Məktubda bu kimi tədbirlərin əhəmiyyətli olduğu qeyd edilib vər forumun işinə uğurlar arzulanıb. Tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnun verildiyini bir daha diqqətə çatdırıb və bu gün ölkəmizdə qadınların ictimai-siyasi sferada aktiv olmaqla həmin ənənələri davam etdirdiyini qeyd edib.

Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin təşkilatçılığı ilə keçirilən və 700-dən çox dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələrin iştirak etdiyi forumda Azərbaycan qadınının həm qazandığı uğurlar, həm də ailəsinə bağlılığı ilə dünya qadınlarına örnək olduğu qeyd edilib.

Forum çərçivəsində müxtəlif panellər üzrə müzakirələr aparılıb və sonda yekun qətnamə qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
30-05-2018, 20:56
Baxıs: 73 492
Reyting: