Əfv sərəncamının icrası başa çatıb - VİDEO

Ölkə başçısının sərəncamı ilə əfv olunan məhbuslar bu gün azadlığa buraxılıb.

Xezerxeber.az-ın məlumatına görə, illərdir azadlıq həsrəti ilə 4 divar arasında cəza çəkən məhbuslar, bu gün sevinc göz yaşları ilə azadlığa çıxıblar.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ümumilikdə 634 nəfər məhkuma şamil olunub. Məhkumlardan 607-si azadlığa buraxılıb, 1 nəfərin isə təxirə salınmış cəzası ləğv edilib. Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Sərəncamın icrasına bu gün səhər saatlarından başlanılıb. Həsrətlə yol gözləyən məhbusların yaxınları səhər saatlarından həbsxanaların qarşısına toplaşıblar. Kimi atasını, övladını, kimisi də qardaş və ya bacısını gözləyib.

Müxtəlif cinayətlər törədərək həbs olunan bəzi qadın məhbuslar da azadlığa buraxılıb. Təkcə Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı Cəzaçəkmə Müəssisindən 8 nəfər qadın azadlığa buraxılıb.

Məhkumların həbsxanadan çıxışı zamanı duyğulu anlar yaşanıb.

Əfv olunanlar arasında 39 nəfər xarici ölkə vətəndaşları da olub.

Paytaxtla yanaşı, Şəkidəki cəzaçəkmə müəssisəsində də bir neçə məhkum azadığa qovuşub.

Qeyd edək ki, əfvin icrasında Penitensiar Xidmətin və qeyri-hökümət təşkilatlarının əməkdaşları da iştrak edib. Əfv sərəncamı bütün cəzaçəkmə müəssisələrində icra edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
25-05-2018, 20:52
Baxıs: 95 151
Reyting: