Sənədini itirənlər üçün XƏBƏR
“Azərpoçt” MMC-nin “Poçtap” sistemində 885 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 282-i sahiblərinə təhvil verilib.
Bu barədə Trend-ə “Azərpoçt”dan məlumat verilib. İndiyədək tapılan sənədlərin 555-i müvafiq strukturlara təhvil verilib, 48 sənəd isə “Azərpoçt”un şöbə və filiallarında saxlanılır. Qeyd edək ki, “Poçtap” xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, “Təmiz Şəhər” ASC və “Bakubus” MMC tərəfindən birgə həyata keçirilir. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































