Şəhidlərimizin adı bir bayraqda

Məktəbdə müəllim və 32 şagird 12 min 56 şəhidimizin ad və soyadını üçrəngli bayrağımızın üzərinə yazdılar.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Nadir Əliyev adına 282 saylı tam orta məktəbin müəllim və 10-11 ci sinif şagirdləri bu məqsədlə layihə həyata keçiriblər.

İnformatika müəllimi Gülər Musayevanın təşəbbüsü ilə həyata keçirilən layihədə şagirdlər Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin adlarını bir bayrağa yazıblar.

Bunun üçün xüsusi ölçülü bayraq hazırlanıb. Gülər Musayevanın sözlərinə görə, layihənin həyata keçirilməsi üçün şagirdlərə müraciət olunduqda onlar bu işin öhdəsindən sevə-sevə gələcəklərinin bildiriblər. İşlərə isə ötən ilin noyabr ayından başlanılıb. Əvvəlcə onlar şəhidlər haqqında dəqiq məlumat tapmaq üçün müxtəlif saytlardan informasiya toplamalı olublar. Dekabr ayından etibarən şagirdlər şəhidlərin ad və soyadlarını bayrağın üzərinə yazmağa başlayıblar.

Onlar Bayrağın üzərində boş qalmış yerə isə "Şəhidlər ölməz", Vətən bölünməz" ,"Cansa can, qansa qan, yetər ki, sən dalğalan, üç rəngli bayrağımız", "Torpaq, uğrunda ölən varsa vətəndir" şüarlarını yazıblar.

Gülər Musayeva deyir ki, şəhidlərin adı həkk olunmuş bayrağ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanıb.

Gülər Musayeva bildirdi ki, hazırladıqları bayrağı ya Bayraq Muzeyinə, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bağışlamaq niyyətindədirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
11-05-2018, 20:52
Baxıs: 106 779
Reyting: