Zibilliyi yandıran şəxs cərimələndi

Sumqayıt şəhərində məişət tullantılarını yandıran şəxs cərimələnib.

Xezerxeber.az-ın məlumatına görə, məişət tullantıları poliqonuna yaxın ərazidə yaşayan sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər ki, sözügedən ərazidə zibilliyin yandırılması ətrafda kəskin qoxu və tüstüyə səbəb olur.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları poliqonda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi aşkar olunduğu üçün poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib.

Məsələ məişət tullantılarının poliqonda necə məhv edilməsini gündəmə gətirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbut katibi İradə İbrahimovanın sözlərinə görə, bununla bağlı konkret qaydalar var.

İradə İbrahimova deyir ki, həmin poliqona daxili nəzarət formal xarakter daşıyır. Tullantılar sistemsiz yerləşdirilir, gətirilən zibillərin tərkibinə nəzarət edilmir. Əslində, yük avtomobilləri ilə gətirilən zibillərə baxış keçirilməlidir. Bu olmadığından hava isinən kimi tullantılar qızışaraq yanmağa başlayır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsində göstərilir ki, məişət tullantılarını nəzərdə tutulmayan yerə atmağa görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
8-05-2018, 20:45
Baxıs: 74 952
Reyting: