"Təhsil haqqında" qanuna dəyişiklik ediləcək

"Təhsil haqqında" qanuna dəyişiklik edilməsi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov deyib ki, "Təhsil haqqında" qanun 2009-cu ildə qəbul olunub və sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac yaranıb. Bu səbəbdən də "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb.

Ceyhun Bayramov ötən gün Milli Məclisdə "Peşə təhsili haqqında" qanunun üçüncü oxunuşda qəbul edildiyini də xatırladaraq qeyd edib ki, bu qanunun qəbulu ilə təhsil pillələri arasında keçid təmin olunacaq.

Nazir bildirib ki, təhsil sahəsində islahatların dərinləşməsi bundan sonra da əsas istiqamətlərdən biri olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:скачать dle 10.6фильмы бесплатно
25-04-2018, 20:14
Baxıs: 43 371
Reyting: