Daşkəsən rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

Leqal.info xəbər verir ki, 16 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Daşkəsən rayonunda Mədəniyyət evində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Daşkəsən rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.скачать dle 10.6фильмы бесплатно
6-04-2018, 12:35
Baxıs: 43 212
Reyting: