Abid Şərifov: Bayıl zonasında tikinti aparmaq olmaz

Bayılda uçan 6 evə hər kvadratmetrinə görə kompensasiya veriləcək. Bu fikirləri Baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, kompensasiyanın məbləği hələlik müəyyən edilməyib. Abid Şərifov həmçinin Bayıl sürüşmə zonası ilə bağlı son vəziyyətə də aydınlıq gətirib.

Bayıl zonasında tikinti işləri aparmaq olmaz. Baş nazirin müavini Abid Şərifov sürüşmə zonalarında ev tikintisinin qəti qadağan olunduğunu bəyan edib.

Abid Şərifov bildirib ki, Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istərsə də Azərbaycanın digər bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib.

Baş nazirin müavini sürüşmə zonasında uçan evlər üçün kompensasiyanın necə hesablanacağını da açıqlayıb.Onun sözlərinə görə, kompensasiya hər ev üçün kvadratmetrə uyğun hesablanacaq.

Abid Şərifov bildirib ki, hələlik konkret olaraq bütün ailələrin köçürülməsi üçün vaxt dəqiqləşdirilməyib. Ancaq 1 illik kirayə pulları əvvəlcədən ailələrə ödənilir. © xezerxeber.azскачать dle 10.6фильмы бесплатно
4-04-2018, 21:00
Baxıs: 83 799
Reyting: