Azərbaycanda xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.скачать dle 10.6фильмы бесплатно
28-02-2018, 20:45
Baxıs: 21 016
Reyting: