Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirir.

Nazirlikdən APA-ya bildirilib ki, zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanır. Nazirlik bu cür halların qarşısını almaq məqsədilə respublikanın müəyyən istiqamətlərində postlar qurub.

Fevralın 27-də, saat 23:30 radələrində Astara rayonunun Ağkörpü kəndində qurulan postda Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkarlanıb.

Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.скачать dle 10.6фильмы бесплатно
28-02-2018, 15:27
Baxıs: 15 046
Reyting: