Məsum balanın əməliyyatına 6 min manat lazımdır

Altı aylıq körpənin ürəyində iki yırtıq var və təcili əməliyyat olunmalıdır. Redaksiyaıza müraciət edən Neftçala rayon Qoltuq kənd sakini Ayazov Anar Ayaz oğlu imkanlı şəxslərdən və vitse-prezident Mehriban xanım Əliyevadan yardım istəyir.

“Övladım altı aylıqdır, ürəyində qüsur var. Koordiloqlar bizə bildirir ki, ürəyində iki yırtıq var və təcili əməliyyat olunmalıdır. Əməliyyatın xərci 6 min manat dəyərindədir. Sizin sayt vasitəsilə imkanlı şəxslərdən, vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Allah heç bir bəndəsini övladı ilə imtahana çəkməsin. Heç cür imkan edib gözümün qabağında əriyib gedən övladımı əməliyat etdirə bilmirəm. Xahiş edirəm, Allah rızası üçün övladımı həyatda saxlayaq. Göydə Allah, yerdə Sizlərədir ümidim”.
Aşağıdakı fotoda göstərilən ünvanlardan körpə balanın müalicəsinə yardım edə bilərsiniz: (ismaric.az)
Məsum balanın əməliyyatına 6 min manat lazımdır
Tel. (070) 520 42 34скачать dle 10.6фильмы бесплатно
17-02-2018, 14:54
Baxıs: 25 644
Reyting: