ŞƏMKİR ŞƏHƏRİNDƏKİ MAL-QARA OĞURLUĞUNUN ÜSTÜ NİYƏ AÇILMIR?
Leqal.info-ya Şəmkir şəhər Irmaşlı kənd sakini İsgəndərova Qaratel Qasım qızı tərəfindən şikayət məktubu daxil olub.
Şikayəti olduğu kimi nəzərinizə çatdırırıq. Mən, İsgəndərova Qaratel Qasım qızı ailə üzvlərimlə birlikdə Şəmkir rayonunun Irmaşlı kəndində yaşayıram. 28 avqust 2017-ci il tarixdə yaşadığımız yerin yaxınlığında bizə məxsus CARÇI deyilən ərazidə 6 baş inək və 1 baş kələ oğurlanmışdır. Bu oğurluq hadisəsinin baş verməsində şübhələndiyimiz şəxs Şəmkir rayonu, Şiştəpə kənd sakini Nağıyev Elman Aydın oğludur. Hadisə baş verən günü həyat yoldaşım İsgəndərov Fərman Qayıb oğlu birbaşa ərazi polis idarəsinə gedərək Şikayət ərizəsi ilə müraciət etmişdir. Özüm İsgəndərova Qaratel Qasım qızı isə Daxili İşlər Nazirliyinin Qaynar xətti olan 102-yə 7 dəfə müraciət edərək başımıza gələn hadisə barədə dərhal məlumat vermişəm. Ancaq çox təəssüflər olsun ki, indiyə qədər bu oğurluq hadisəsi ilə nə polis maraqlanır nə də işə sivil qaydada baxılır. Yəni belə oğurluq hadisəsinə oxşar bir hal da qonşu Sabir kənd deyilən yerdə baş vermişdir. Oğru tapılsa da bir müddət sonra sərbəst buraxılmışdır. Həmin oğru isə yuxarıda adını qeyd etdiyim Şəmkir rayonu, Şiştəpə kənd sakini Nağıyev Elman Aydın oğlu olması sübuta yetirilmişdir. Məhz bu hadisəyə görə də başımıza gələn oğurluq hadisəsində də ona olan şübhələrimiz daha da artır. Bir sözlə sanki polislə oğru elə bil əlbirdilər. Yəni bizim başımıza gətirilən oğurluq hadisəsinə polis işçiləri çox biganə yanaşır. Onu da qeyd edim ki, 6 baş inək və 1 baş kələnin ümumilikdə qiymətləndirilməsi 13.000 azn təşkil edir. Zərərçəkmiş tərəf bildirdi ki, mənə dəymiş ziyanın ödənilməsinə görə Qanunlarımıza güvənirəm və inanıram ki, tez bir zamanda mənə dəymiş 13.000 azn tam məbləğdə özümə geri qaytarılacaq. Zərərçəkmiş sonda onu da qeyd etdi ki, oğurluq hadisəsinin üzərindən 5 ay keçməsinə baxmayaraq nə oğru tapılıb istintaqa cəlb olunur nə də polis araşdırmanı davam etdirir. ![]()
|
XƏBƏR LENTİ
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46
Dünən, 13:39
Dünən, 13:30
Dünən, 13:28
Dünən, 11:16





































