Hava yağışlı olacaq, temperatur 4 dərəcə enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Departamentdən APA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə enəcək. Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq, fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə enəcək. |
XƏBƏR LENTİ
Bu gün, 09:03
Bu gün, 08:51
Bu gün, 08:40
Dünən, 16:49
Dünən, 14:13
Dünən, 13:52
Dünən, 13:45
Dünən, 13:37
Dünən, 13:18
Dünən, 13:15