İslahatçı nazir Mikayıl Cabbarov

Sözün düzü, 2013-cü ildə Mikayıl Cabbarov ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsil naziri təyin olunanda çoxları təəccüblənmişdi. Bəziləri pedoqoji təhsili olmayan, heç vaxt təhsil sahəsində çalışmayan şəxsin təhsil nazir təyin olunmasını uğursuz hesab etmişdi.

Burada müəyyən səbəblər var idi. Çünki cəmiyyətimizin üzvləri belə halla heç vaxt rastlaşmamışdı. Amma ötən az müddət cənab prezidentin Mikayıl Cabbarova göstərdiyi etimadın çox dəqiq olduğunu sübut etdi. Və az vaxtda Mikayıl Cabbarov uzun illər təhsil sferasında yığılmış problemlərin həllinə cəsarətlə girişdi və problemlərin həllinə nail oldu. Əslində cənab nazir təhsil sahəsində ciddi islahatlar apardı və uğurlara nail oldu. Cəmiyyətimiz ilk dəfə Cabbarovun timsalında islahatçı-reformator nazirlə rast gəldi. Müəllimlərin savadının düzgün təyin olunması, onların zəhmətinin layiqli qiymətləndirilməsi istiqamətində mühüm işlər görüldü. Ölkədə uğurlu fənn olimpiadalarının keçirilməsi, istedadlı gənclərin ortaya çıxarılmasnda da cənab nazirin xidmətləri oldu. Yəni cənab nazir Azərbaycan cəmiyyətinə nümunəvi nazir kimi tanındı və prezidentin etimadını doğrultdu.
Unutmaq lazım deyil ki, Mikayıl Cabbarov sistemli və dərin təhsilə malik bir şəxsdir.
O, 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
Cənab Mikayılov 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2004-cü ildən isə iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışmışdır.
Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirmişdir
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə isə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Yəni Mikayıl Cabbarov təhsil naziri təyin ounanadək böyük yol keçmiş, idarəetmə təcrübəsi qazanmışdır.
Bütün qazandığı biliklər və təcrübə təhsil naziri işlədiyi zaman ona imkan verdi ki, ciddi uğurlara imza atsın.
Sözün düzü, Cabbarovun təhsil sahəsində apardığı islahatlar onun opponentləri tərəfindən də yüksək qiymətləndirildi.
Və bütün bunları nəzərə alan prezident İlham Əliyev cənabları Mikayıl Cabbarovu vergilər naziri təyin etdi.
Unutmaq lazım deyil ki, Cabbarov iqtisadi bloka yaxından bələd olan şəxsdir.
Sirr deyil ki, cənab İlham Əliyev həmişə sahibkarlara, iş adamlarına münbit şərait yaratmağı dönə-dönə vurğulasa da bu sahədə ağrılı problemlər var idi.
Və inanırıq ki, vergilər naziri Mikayıl Cabbarov təhsil sahəsində olduğu kimi vergilər nazirliyində də ciddi islahatlara imza atacaq, uğurlar əldə edəcək.
Cabbarovun bəzi məmurlardan fərqli bir özəlliyi də onun sadəliyi, təvazökarlığı, insanlara münasibətidir.
Ölkə başçısı da dəfələrlə öz çıxışlarında qeyd edib ki, biz xalqın xidmətçisiyik.
İnanırıq ki, cənab nazir prezidentin etimadını və xalqın inamını qazanacaqdır.скачать dle 10.6фильмы бесплатно
9-02-2018, 11:14
Baxıs: 18 899
Reyting: