Namiq Ağamalıyevin rəhbərliyi ilə AMİU-nun nəzdində İNŞAAT KOLLECİ uğurla inkişaf edir...

AzMİU-nun nəzdində İnşaat Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.12.2004-cü il tarixli 195 saylı qərarı ilə yaradılmışdır və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.01.2005-ci il tarixli 47 saylı əmri ilə fəaliyyət göstərir.

Yarandığı ilk gündən İnşaat Kollecinin rəhbərliyinin məqsədi təhsilin müasir standartlara uyğun təşkil olunmasına, mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bunun üçün İnşaat Kolleci həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, AzMİU-nun qabaqcıl standartlarına uyğun qurmuşdur.
İnşaat Kollecində hal-hazırda təhsil Azərbaycan dilində keçirilir. Tədris ili sentyabr ayın 15-dən iyul ayının 15-dək davam edir. Payız və yaz semestrləri arasında tələbələrinin tətil müddəti 14 günü əhatə edir.
Kollecdə təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunanlar üçün 4 il, tam orta təhsil bazasından qəbul olanlar üçün isə 3 ildir. Qiyabi bölmədə oxuyanların təhsil müddəti 3 il 10 ay və ya 4 ildir.
İnşaat Kollecində Azərbaycan Memarlıq və İnşaat Universitetində olduğu kimi xüsusi qabiliyyət tələb edən fənlərdən hazırlıq kursları fəaliyyət göstərir.
Kollecə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.

İxtisaslar və şifrələri.

040561- “Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri”
040548 - “İnformasiya texnologiyası sistemləri” -
040555 - “Tikinti məmulatları və konstruksiyaları istehsalı”
040720 - “Nəqliyyat vasitələrinin təmiri və servisi"
040319 - “Dizayn”
040552 - “Bina və qurğuların tikintisi və istismarı”
040557 - “Qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı”
040516 - “Qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları”
040554 - “Geodeziya və xərtiçilik”

İnşaat Kollecində olan ixtisasların tədris planları və fənn proqramları əsasən ali təhsil pilləsinin tədris plan və fənn proqramları ilə uyğunlaşdırıldığı üçün eyni ixtisas üzrə təhsilini ali məktəbdə davam etdirmək istəyənlərin bakalavr təhsil pilləsində daha yüksək nailiyyətlər əldə etmək imkanları yaranır.
Kolleci bitirən tələbələr ali məktəblərə qəbul olunaraq təhsilini davam etdirə bilərlər.

Kollecdə təhsil aldıqları müddətdə tələbələr müxtəlif növ təcrüblər keçirlər.

- Tədris

- Pedaqoji

- Texnoloji

- Buraxılış qabağı

Təcrübələr əsasən nəzəri dərslər başa çatdıqdan sonra, bəzi hallarda isə nəzəri dərslərlə paralel keçirilir. Təcrüblər bizim universitetin və digər ali məktəblərin bazalarında və eyni zamanda qabaqcıl dövlət və özəl müəssisələrdə, o cümlədən xarici şirkətlərdə keçirilir. Həm bizim respublikanın, həm də xarici şirkətlərin bazalarından istifadə edilərək keçirilir. Misal kimi aşağıdakı şirkətləri göstərmək olar:

- “KNAUF”

- “HERS ARMATUREN”

- “BUXAR” MMC

- “AYNA - NM”

- “Vüsal - S”

- “Avtoservis 555”

Təcrübələrin mütəşəkkil təşkil olunması və lazımı səviyyədə keçilməsi nəticəsində tələbələr oxuyuğu müddətdə seçdiyi ixtisas üzrə kifayət qədər təcrübə topluyur və eyni zamanda təcrübəni keçirən şirkətlərin rəhbərləri axırıncı kurslarda müvəffəqiyyətlə oxuyan tələbələr öz gələcək potensil əməkdaşları kimi yanaşırlar. Kolleci bitirən bəzi tələbələr hal – hazırda xarici şirkətlərdə işləyirlər.

Qeyd etmək lazımdır ki, bəzi şirkətlər (məsələn “KNAUF”) tərəfindən universitetin bazasında “Tədris -məsləhət” mərkəzi yaradılmış və onları müraciəti əsasında kollecdə müvafiq ixtisas (“Tikinti məmulatları və konstruksiyaları istehsalı”) açılmışdır.

Xatırladaq ki, yaxınlarda AZMİU-nun nəzdində İnşaat Kollecinin 10 illiyinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərginin təşkil olunmasında Kollecin direktoru hörmətli Namiq Ağamalıyevin böyük əməyi olmuşdur. Kollecin aktiv tələbələrindən olan 124 A1 qrupunun xanım tələbəsi Məmmədova Roza Mirsovqulu qızı Leqal.info-ya müsahibəsində Kollecin 10 illiyinin keçirilməsində Direktor Namiq Ağamalıyevin zəhmətinin xüsusi olduğunu qeyd etdi və bildirdi ki, təşkil olunan sərgidə Diplomlar qazandıq və tədrisimizin sayəsində uğurlar əldə etdik. Məhz buna görə də biz tələbələrin uğurlarımızın və Diplomlarımızın əldə olunmasında Kollecin Direktoru Namiq müəllimə borcluyuq. Mən İnşaat Kollecinin 124 A1 qrupunun aktiv tələbəsi kimi bu kollecdə təhsil almağımla fəxr edirəm, eyni zamanda Direktorumuz Namiq müəllimə xüsusi minnətdarlığımı bildirirəm ki, onun rəhbərliyi sayəsində güclü maariflənmişik, təhsilimiz uğurlu olub və gələcək həyatımızda bu təhsilin nəticəsi inanıram ki, öz bəhrəsini layiqincə verəcək.

Leqal.info olaraq biz də öz növbəmizdə AzMİU-nun nəzdində İnşaat Kolleci-nin Direktoru Namiq müəllimə xüsusi təşəkkürümüzü bildiririk ki, tələbəsi yetərincə bizə yüksək səviyyədə razılığını bildirərək könüllü qaydada müsahibəsini verdi.скачать dle 10.6фильмы бесплатно
6-02-2018, 20:00
Baxıs: 20 139
Reyting: