Universitetlərdə qış imtahanları başa çatdı

Azərbaycandakı ali məktəblərdə qış semestrinin imtahanları başa çatıb. Bu barədə Modern.az saytına əməkdaşımızın əlaqə saxladığı universitetlərin mətbuat xidmətlərindən məlumat verilib.

Qeyd edilib ki, qış imtahanları bir ay müddətində davam edib. Əksər ali məktəblərdə imtahanlar yazılı formada və bir qismində test üsulu ilə keçirilib.

Bu gün universitetlərdə yaradılan Apellyasiya komissiyalarında imtahanların nəticələrindən narazı qalan tələbələrin şikayətlərinə baxılma prosesi də yekunlaşıb. Nəticədə bəzi tələbələrin şikayəti təmin olunub.

Artıq qış imtahanlarında iştirak etmiş hər bir tələbə semestri hansı qiymətlərlə başa vurduğu barədə məlumatlıdır.скачать dle 10.6фильмы бесплатно
3-02-2018, 17:50
Baxıs: 20 805
Reyting: