Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.
Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. ETSN-dən Leqal.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57