Azərbaycanda yeni doğulmuş qız övladını yol kənarına atdılar

Ağstafa rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.

Leqal.info
Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik tam dəqiqləşməyib.

Körpənin meyitini isə ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib.

Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatı Report yayıb.скачать dle 10.6фильмы бесплатно
29-11-2017, 12:11
Baxıs: 593
Reyting: