Maaşlar əhalinin gəlirlərində cəmi 26-27 faiz təşkil edir

"Öhdəsində 4 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü olanların ünvanlı yardıma müraciət etməsi üçün qanunvericiliyə daha bir düzəliş təklif etməyi planlaşdırırıq".

Leqal.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Virtualaz.org saytına müsahibəsində deyib.

O bildirib ki, hazırda ölkədə orta aylıq əməkhaqqı 522 manatdır: "Tutaq ki, ailə beş nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman o, ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq. Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər. Sual olunur, niyə?

Biz bu və ya digər ailənin sosial yardıma müraciət etmək haqqını müəyyənləşdirmək üçün vahid avtomatlaşdırılmış sistem tətbiq etmişik. Bu sistemin tətbiq olunduğu 4 ay ərzində bir çoxları yardımdan məhrum edilib. İnanın ki, bu sahədə sui-istifadə halları minimuma enib".

Nazir deyib ki, maaşlar əhalinin gəlirlərində cəmi 26-27 faiz təşkil edir, bu çox aşağı göstəricidir. Avropa ölkələrində təxminən 67 faizdir: "Kölgə iqtisadiyyatı və qeyri-leqal məşğulluq çox ölkələrə xasdır. Məsələn, Avropada leqal sektorda qeyri-leqal məşğulluq problemi çox aktualdır. Kriminal seqmentdə məşğulluq problemi də var".скачать dle 10.6фильмы бесплатно
3-10-2017, 16:00
Baxıs: 511
Reyting: