300-dən artıq maşın CƏRİMƏ MEYDANÇASINA SALINDI

Bakıda törətdiyi yol xətasına görə yazılmış cəriməni təyin edilmiş müddətdə ödəməyən 300-dən artıq sürücünün cəriməni ödəməsi təmin edilib.

Leqal.info
xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, təyin edilmiş cərimə məbləğini ödəməyən sürücülər aşkarlanırsa, barələrində ciddi tədbirlər görülür:

“Gecikdirilmiş cərimə faizi ilə birgə ödənilmədikdə avtomobil yol hərəkətindən kənarlaşdırılır və müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilir. Eyni zamanda sürücünün 6 ay sürücülük hüququndan məhrum edilməsi ilə bağlı vəsatət qaldırılır".

V.Əsədov həmçinin xatırladıb ki, təyin edilmiş cərimə məbləği birinci 5 iş günü müddətində ödənilirsə, avtomatik olaraq 10 faiz güzəşt olunur, təyin olunan müddətlərdə ödənilmirsə, cərimənin üstünə artıq faiz gəlir.скачать dle 10.6фильмы бесплатно
31-08-2017, 16:15
Baxıs: 580
Reyting: