Azərbaycanda Qurban bayramı tətili başlayır
Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə 1 və 2 sentyabr tarixləri Qurban bayramıdır.
APA-nın məlumatına görə, bu il Qurban bayramının bir günü şənbə gününə düşür. Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 4 sentyabr da istirahət günü olacaq. Beləliklə, ölkədə 4 gün ardıcıl (1, 2, 3 (bazar günü), 4 sentyabr) qeyri-iş günüdür. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































