Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə yenidən helikopter göndərib
Azərbaycan Gürcüstanda meşə yanğınların söndürülməsinə yenidən helikopter göndərib.
APA-nın məlumatına görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin “Ka-32A” helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb. Qeyd edək ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Yanğının 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Ukrayna yanğının aradan qaldırılması üçün An-32P təyyarəsi göndərib. Türkiyənin də Gürcüstana helikopterlər göndərəcəyi gözlənilir. Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi. Leqal.info |
XƏBƏR LENTİ
Bu gün, 11:08
Bu gün, 10:46
Bu gün, 09:57
Dünən, 16:56
Dünən, 09:15
Dünən, 09:09
Dünən, 09:00