Yağmursuz hava davam edəcək
Avqustun 30-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi əsəcək. ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir. Leqal.info |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57