Bakıda axtarışda olan şəxs TUTULDU

Bakıda axtarışda olan şəxs TUTULDU

Bakıda axtarışda olan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 453 manat, bank kartları və sənədləri olan pulqabısı, “Hyundai” markalı bir avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Cəbrayılov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması da məlum olub.скачать dle 10.6фильмы бесплатно
9-06-2023, 14:41
Baxıs: 161
Reyting: