Koronavirusa qarşı immunitet 1 ay sonra təsirini itirir

Koronavirus (COVID-19) antikorları cəmi bir ayda azalaraq təsirini itirir.

Leqal.info xəbər verir ki, bu, alimlərin yeni araşdırması nəticəsində məlum olub.

Mütəxəssislər qeyd edir ki, antikorlarla bağlı bu nəticə COVID-19-a qarşı vaksin tapmaq ümidlərini alt-üst edə bilər.

Araşdırmaçıların fikrincə, effektiv müalicə və vaksin tapılması üçün immunitetin COVID-19-a verdiyi reaksiyanı öyrənmək vacibdir. Antikorlar zamanla azalırsa, bu, potensial vaksinin qoruyucu təsirinin də bir müddət sonra yox olacağı və ya daha az təsirli olacağı anlamına gələ bilər. Belə olan halda təkrar yoluxmaları qabaqlamaq üçün yenidən immunizasiya olunmağa ehtiyac yaranacaq.скачать dle 10.6фильмы бесплатно
18-09-2020, 21:30
Baxıs: 35 962
Reyting: