Penitensiar Xidmətin sabiq əməkdaşı apellyasiya şikayəti verdi

Bakı Apellyasiya Məhkəməsində Penitensiar Xidmətin sabiq əməkdaşı Gülnarə Məmmədova və onun həyat yoldaşı Rövşən Əliyevin barələrindəki hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib.

“Leqal.info” xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Mahiyyəti üzrə baxış iclası iyunun 29-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə Məmmədova barəsində 2 il azadlığın məhdudlaşdırılması və 8 min manat cərimə cəzası təyin edilib.

Rövşən Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Onlar dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli biliniblər.

İttihama görə, Gülnarə Məmmədova Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışan zaman əri Rövşən Əliyev vasitəsilə tanıdığı Fuad Quliyevdən 20 min manata qədər pul alıb. Bunun qarşılığında Fuad Quliyevi Penitensiar Xidmətdə işə düzəltməyi vəd edib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34, 312-ci (rüşvət verməyə təhriketmə) maddəsi ilə də ittiham verilib.скачать dle 10.6фильмы бесплатно
18-06-2020, 13:10
Baxıs: 50 334
Reyting: