Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 104 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Leqal.info”ya verilən məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü, şəkərli diabet və xərçəng xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri, ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda koronavirus infeksiyasına yoluxmuş 38 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 57 371 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
9-04-2020, 16:22
Baxıs: 118 391
Reyting: