Tikinti şirkəti 20 min manat
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Azimut İnşaat” MMC barədə inzibati protokol tərtib edib.
"Leqal.info"nun xəbərinə görə, Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Xətai rayon Məhkəməsinin 28 yanvar 2020-ci il qərarından “Azimut İnşaat” MMC-nin direktoru Kənan Oruclu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib. |
XƏBƏR LENTİ
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30
Bu gün, 09:30