İrandan gələn iki nəfər koronavirusa görə Bakıda xəstəxanaya

“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.

O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.скачать dle 10.6фильмы бесплатно
24-02-2020, 18:26
Baxıs: 62 313
Reyting: