Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank" tərəfindən girov götürülən evi geri qaytarılıb.
"Leqal.info" xəbər verir ki, məlumatı "Facebook" sosial şəbəkəsində Səbinə Yusif adlı istifadəçi yayıb. O bildirib ki, bir müddət öncə götürdüyü kredit borcunu ödəyə bilməyən şəhid ailəsinin mənzili "Xalq Bank" tərəfindən girovda olub. Bununla bağlı şəhid ailəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Birinci vitse-prezidentin göstərişi və tapşırığı ilə mənzil şəhidin ailəsinə qaytarılıb. Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə şəhid Şaban Cəfərovun həyat yoldaşı bir ay öncə əməliyyat olunub. Xatırladaq ki, Ş.Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57