“Azəriqaz”ın əməkdaşına düz hesablanmamış əmək haqqı məbləği

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına düz hesablanmamış əmək haqqısının məbləği bərpa edilib.

Leqal.info bildirir ki, bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilıb.

Bildirilib ki, bu günlərdə “Azəriqaz”ın Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri, 2-ci qrup Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanov əmək haqqının düzgün hesablanmaması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edib.

Bununla əlaqədar olaraq “Azəriqaz” tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunub ki, həqiqətən də Ə.Rəhimovun əmək haqqısı hesablanarkən səhvə yol verilib. Ə.Rəhimova münasibətdə pozulmuş sosial ədalətin ən qısa müddətdə bərpa olunması, hesablamada səhvə yol vermiş məsul şəxslərin müəyyən edilərək əmək qanunvericiliyi daxilində intizam məsuliyyətinə cəlb edilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə zəruri tədbirlərin görülməsi barədə Birliyin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.скачать dle 10.6фильмы бесплатно
3-09-2019, 16:07
Baxıs: 97 307
Reyting: