Azərbaycanda sabiq federasiya prezidentinə
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət itttihamçısı çıxış edərək B.İsrafilova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Ona Cinayət Məcəllləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Qeyd edək ki, B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57