Ötən 11 ildə 1619 şəxsə Azərbaycan vətəndaşlığı verilib

“Ötən 11 ildə 1619 şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub”.

“Leqal.info” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.

Onun sözlərinə görə, həmin müddətdə 51 vətəndaşlığı olmayan şəxsin ölkə vətəndaşlığı bərpa edilib.

R.Talıbov qeyd edib ki, 2016-2018-ci illərdə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində görüşlər keçirilib, ümumilikdə, 389 nəfər qəbul edilib. Həmin şəxslərdən 194-nün leqallaşdırılması istiqamətində işlər görülüb.скачать dle 10.6фильмы бесплатно
29-06-2019, 13:28
Baxıs: 67 011
Reyting: