Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması dünya üçün də bir ismarışdır

Prezident İlham Əliyev tərəfindən 18 iyunda imzalanmış bir zərfə daxil olan 16 sərəncam əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox mütərəqqi bir addımdır.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu sərəncamlardan iki milyondan çox insan faydalanacaq. Eləcə də minimum əməkhaqqının artırılması 950 min insanı, müəllimlərin əməkhaqlarının artımı 160 min insanı əhatə edəcək: "Əlbəttə bu sərəncamları sosial sahədə bir inqilab adlandırmaq olar. Dövlət başçısı ötən il aprel ayında prezident seçilərkən söz vermişdi ki, ölkədə bir çox struktur dəyişiklikləri olacaq, sosial islahatlar həyata keçiriləcək və bunlar bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına yönələcək. Ölkə rəhbəri verdiyi vədləri çox sədaqətlə yerinə yetirir".

Deputatın sözlərinə görə, Prezidentin son sərəncamları göstərir ki, sosial sahədə sistemli və ardıcıl iş aparılır: "Bundan əvvəl şəhid ailələrinə birfədəlik müavinətlərin verilməsi, pensiyalar, müavinətlər, tələbələrə verilən təqaüdlərin artırılması kimi tədbirlər həyata keçirildi. Son sərəncamlar da görülən tədbirlərin məntiqi davamıdır”.

T.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin bu sərəncamları ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir: "Bu addımlar, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbayan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, ölkədəki ictimai-siyasi sabitliyin qorunub-saxlanması dünya üçün də bir ismarışdır".

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalayıb.скачать dle 10.6фильмы бесплатно
22-06-2019, 18:23
Baxıs: 91 876
Reyting: