"Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq"

Hakim Yeni Azərbaycan Partiyasının qərargahında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

"Leqal.info" xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, deputatlar, YAP üzvləri və gənclər iştirak ediblər.

Ə.Əhmədov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında yanlış təsəvvür yaratmağa çalışırlar.

Onun sözlərinə görə, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq: “Hər bir inkişaf Azərbaycanda mərhələlərlə gedir. İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda biz böyük bir inkişafın astanasında dayanmışıq. İnsanların həyatının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il müxtəlif sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində də insanların həyatının yaxşılaşdırılması durur”.

Daha sonra YAP rayonlar üzrə gənclər birliklərinin sədrləri mövzu ətrafında çıxış ediblər.скачать dle 10.6фильмы бесплатно
13-06-2019, 16:18
Baxıs: 75 266
Reyting: