Rəsmi Bakı Şri-Lankadakı terror aktlarını pisləyib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 21-də Şri-Lankada törədilmiş terror aktlarını pisləyib.
"Leqal.info" xəbər verir ki, bu barədə XİN-in rəsmi "Facebook" səhifəsinə yerləşdirilən məlumatda deyilir. "Şri-Lankada kilsə və mehmanxanalara çoxsaylı günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən dağıdıcı terror hücumlarını qınayırıq. Şri-Lanka xalqına və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa tapmalarını diləyirik", - deyə nazirliyin məlumatında qeyd olunub. |
XƏBƏR LENTİ
Bu gün, 14:39
Bu gün, 13:15
Bu gün, 13:15
Bu gün, 13:15





