"Bu gün radikal qrupların, xarici qüvvələrin təsirinə düşən gənclərimiz var"

"Bu gün Azərbaycan gənclərinin hər biri ideal deyil. Təəssüf ki, Azərbaycanda narkomaniyaya düçar olan və ya digər mənfi cəhətləri olan gənclərimiz də var. Ümumilikdə isə gənclərin böyük əksəriyyəti sağlam, ürəkaçan mövqedədir".

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, bu il gənclər sahəsində mövcud olan iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada iş nəzərdə tutulur: "Burada texnologiya, elm məsələsi, elmdə olan gənclərə dəstək verilməsi layihələri, onları stimullaşdırılması və s. işlər daxildir. Nazirliyin 25 illiyi ilə bağlı iyulda beynəlxalq çərçivədə tədbir keçirmək niyyətindəyik. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələbələrə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur".

Nazir müavini bildirib ki, Nazirliyin balansındakı 12 Gənclər Evində kifayət qədər fəallıq var və burada gənclər üçün göstərilən xidmətlər tam təmannasızdır. Gənclərin əsas diqqəti idman olmadıqda toxuculuq, rəsm, rəqs, dil kurslarına olur. Təəssüf ki, bu gün radikal qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşən gənclərimiz az da olsa var. Lakin az olsa belə bizi narahat edir. Çıxış yolu gənclərimizi maarifləndirməkdir, onları yönəltməkdir. Bir çox xarici qüvvələr milli maraqlara söykənən milli dövlətçilik siyasətini həyata keçirməyi qəbul etmirlər. Bu, onları qıcıqlandırır".скачать dle 10.6фильмы бесплатно
1-02-2019, 17:42
Baxıs: 53 242
Reyting: