Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, tərəqqi və qələbələr yolu ilə gedəcək

Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, tərəqqi və qələbələr yolu ilə gedəcək.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əlbəttə, bir çıxışda proqramda nəzərdə tutulan bütün istiqamətləri əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas istiqamətləri ictimaiyyətin diqqətinə çatdırdım. Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq".

İlham Əliyev bildirib ki, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir: "Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük müvəffəqiyyətdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir”.скачать dle 10.6фильмы бесплатно
29-01-2019, 21:55
Baxıs: 47 204
Reyting: