Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu.
Leqal.info xəbər verir ki, bu barədə Trend-ə Brüssel Avropa Tədqiqat İnstitutunun Mədəni diplomatiya kafedrasının rəhbəri, professor Naciye Selin Şenocak bildirib. Onun sözlərinə görə, həmin anda Azərbaycan xalqı müdafiəsiz idi: "20 yanvarda sovet hakimiyyəti qanlı divan tutaraq Azərbaycan xalqını müstəqillikdən məhrum etmək istəyirdi". S.Şenocak qeyd edib ki, 20 yanvarda bütün dünyanın, həmçinin Qərbin susduğu qanlı faciə baş verib: "Bütün bunlara baxmayaraq, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi oldu". Ekspertin sözlərinə görə, bu gün Azərbaycan torpağının təxminən 20 faizi erməni işğalı altındadır: "ATƏT, həmçinin BMT Dağlıq Qarabağ məsələsində qətiyyətli hərəkət etməyənə qədər, Ermənistan dünya ictimaiyyətinə məhəl qoymayacaq və öz işğalçı siyasətini davam etdirəcək". O daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı Avrasiyanın parlaq ulduzuna çevirib: "Dünyanın erməni təcavüzünə göz yummasının əsas səbəbi Azərbaycanın regionun güclü dövləti olmasına mane olmaqdan ibarətdir". |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57