Prezident avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Leqal.info” xəbər verir ki, sərəncamla Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Qasımov Əflatun Allahyar oğlu Quliyev Hüsnü Ələkbər oğlu Məmmədov Aqibət İdris oğlu “Tərəqqi” medalı ilə Əliyev Amil Məhəmməd oğlu Əmirov Çingiz Aydın oğlu Gülgəzov Fərhad Aşır oğlu Həmzəyev Müseyib Mürsəl oğlu Həsənov Zaur Mail oğlu İbrahimov Valeh Firudin oğlu Qarayev Coşqun Əlövsət oğlu Mirzəbəyov Əhməd Əzizxan oğlu Musayev Fazil Kamal oğlu Səfərov Afiq Surxay oğlu. Prezidentin digər sərəncamı ilə Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilib. Bundan başqa, dövlət başçısı Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Şükür İsmayıl oğlu Astanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də sərəncam imzalayıb. |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14