Slovakiya Azərbaycanda səfirlik açacaq

Slovakiya Azərbaycanda səfirlik açmaq niyyətindədir.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Bakıda səfərdə olan Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib.

Baş nazir qeyd edib ki, səfirliyin qısa müddətdə açılması planlaşdırılır:

"Biz bu qərarın düzgün olduğunu düşünürük, belə ki, diplomatik nümayəndəlik mədəni və iqtisadi münasibətlərimizin inkişafını sürətləndirəcək. Mən həmçinin şadam ki, Slovakiyanın iqtisadiyyat naziri azərbaycanlı həmkarını münasibətlərimizi daha yüksək və səmərəli səviyyəyə qaldıracaq hökumətlərarası komissiyanın təsis olunması haqqında müqavilənin qısa müddətdə imzalanacağı barədə məlumatlandırıb".

P.Pelleqrini bildirib ki, Azərbaycan iqtisadiyyatı son dövrlərdə dinamik inkişaf edən ölkədir:

"Azərbaycanlı və slovakiyalı sahibkarlar əmin ola bilərlər ki, Slovakiya hökuməti ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri, həmçinin İnvestisiyaların və İqtisadiyyatın İnkişafı Agentliyi ilə əməkdaşlıq edərək, işbirliyinin bir çox istiqamətlərdə daha da inkişafına kömək üçün hər şey edir".скачать dle 10.6фильмы бесплатно
13-11-2018, 15:17
Baxıs: 42 127
Reyting: