Norveç Bakıdakı səfirliyini bağlayır

Norveç 2019-cu ildə Azərbaycandakı səfirliyini bağlayacaq.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi məlumat yayıb. Norveç paralel olaraq gələn ildən Tiflisdə diplomatik nümayəndəliyini açmağı planlaşdırır.

Bundan sonra Norveçlə Azərbaycan arasındakı diplomatik əlaqələrə görə bu ölkənin Ankaradakı səfirliyi cavabdehlik daşıyacaq.

Norveç Bakıda Baş konsulluq açmağı planlaşdırır.

“Gürcüstan Avrasiya regionunda bizim əsas tərəfdaşlarımızdan biridir. Cənubi Qafqaz ölkələriylə maraqlarımızın və əlaqələrimizin ümumi qiymətləndirilməsinə söykənərək, Norveç Gürcüstünda səfirlik açmağa qərar verib. Tiflisdəki daimi nümayəndəliyimiz sayəsində regiondakı hadisələrin inkişafını rahat izləyə biləcəyik” deyə bu ölkənin XİN başçısı İne Eriksen Sereyde bildirib.скачать dle 10.6фильмы бесплатно
10-11-2018, 14:16
Baxıs: 42 192
Reyting: