Prezident İlham Əliyev "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nı təsdiq edib

Prezident İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilib, yüksək nailiyyətlər əldə olunub.

Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib.

Dövlət başçısı Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nı təsdiq edib.

Bu sərəncamla təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilir.

Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Prezidentinə məlumat verəcək, Strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.скачать dle 10.6фильмы бесплатно
30-10-2018, 16:23
Baxıs: 55 204
Reyting: