Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemana təbrik məktubu ünvanlayıb.
Leqal.info-nun xəbərinə görə, təbrikdə deyilir: “Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”. |
XƏBƏR LENTİ
Bu gün, 11:20
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15
Bu gün, 11:15



































