PREZİDENT SƏUDİYYƏ ƏRƏBİSTANININ MÜDAFİƏ NAZİRİNƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Leqal.info “Report”-a istinadən xəbər verir ki, dövlət başçısı müdafiə nazirini Səudiyyə Ərəbistanının Krallıq elan edilməsi günü münasibətilə təbrik edib.

"Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daim sülh və firavanlıq arzulayıram", - deyə Prezident bildirib.скачать dle 10.6фильмы бесплатно
22-09-2018, 22:07
Baxıs: 28 522
Reyting: