Milli Məclisin deputatı Rasim Musabəyov İsrailə səfər edəcək

Milli Məclisin deputatı Rasim Musabəyov Parlament dostluq qruplarının konfransında iştirak etmək üçün iyulun 8-də İsrailin Yerusəlim şəhərinə səfər edəcək.

Məclis aparatından Trend-ə verilən məlumata görə, tədbir İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə Knesset tərəfindən təşkil olunub.

Toplantıda İsrailin inkişafı, mədəniyyəti, yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər, dünya ölkələri ilə əlaqələri və digər məsələlər müzakirə olunacaq.

Konfrans çərçivəsində Knesset üzvləri və tədbirə qatılan nümayəndə heyətləri arasında bir sıra görüşlər keçiriləcək. Görüşlərdə dostluq qruplarının fəaliyyəti, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər iyulun 13-də başa çatacaq.скачать dle 10.6фильмы бесплатно
7-07-2018, 17:55
Baxıs: 145 018
Reyting: