Prezident İlham Əliyev Vergi Məcəlləsində siqaretlərə tətbiq edilən verginin artırılması ilə dəyişiklikləri təsdiq etdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1186-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Trend-in məlumatına görə, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat (bundan əvvəl 4 manat) aksiz dərəcəsi tətbiq ediləcək. Digər dəyişikliyə uyğun olaraq, siqarlar, ucları kəsilən siqarlar və siqarillalara isə (nazik siqarlar) 1000 ədədinə 20 manat (bundan əvvəl 10 manat) vergi tətbiq olunacaq. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57