Prezident: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir

Azərbaycan xalqı fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublikanı yaradıb. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda belə deyib.

Dövlət himnini səsləndirilməsi ilə başlayan tədbirdə prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva dövlət və hökümət rəsmiləri, millət vəkilləri və ictiamiyyət nümayəndələri iştirak edib.

Tədbridə geniş nitq söyləyəndövlət başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Bu bir daha sübut edir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır deyən prezident bildirib ki, Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilir, Bu il ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub ölkədə və xaricdə bu tarix silsilə tədbirlərlə qeyd edilir.

Prezident bildirib ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraqböyük işlərə imza atıb. Dövlət bayrağının təsis edilməsi, milli ordunun yaradılması, qadınlara səsvermə hüququnun verilməsi, Bakı Dövlət Universitetinin yaradılması sadəcə bunlardan bir neçəsidir. Cumhuriyyətin süqutunun böyük faciə olduğunu deyən dövlət başçısı bildirib ki, əgər müstəqilliyi qorumaq mümkün olsa indi Azərbaycan dünyanın ən zəngin ölkəlrindən biri olardı.

Prezident bildirib ki, üçrəngi bayrağı 70 il sonra Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev qaldırıb. 1991-ci ildə Azərbaycanın yenidən mütəqilliyinə qovuşması tarixi şans idi. Əfsuslar olsun ki, müstəqilliyin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qalıb. o vaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından Azərbaycan müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalıb. Amma Azərbaycan xalqının doğru seçimi tarixi dönüş olub. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi iləAzərbaycan inkişaf yoluna qədəm qoyub.

2003-cü ildən sonra da Heydər Əliyev siyasi kursuna sadiq qalındığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu gün müstəqil siyasətyürüdən və beynəlxalq aləmdə böyük nüfuza malik olan bir dövlətə çevrilib. Biz güclü dövlət qura bilmişik deyən dövlət başçısı bunu Dağlıq Qarabağ münaqişəsinin həllində də həll edici məqam olacağını bildirib. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcək.Prezident bildirib ki, Azərbaycan dünyanın ən güclü 50 ordusu sırasına daxil olan qüdrətli ordu yarada bilib. Bu ordu müstəqilliyimizin əsası, təhlükəsizliyimizin qarantıdır.

Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artması rekord göstəricidir deyən prezident bildirib ki, valyuta ehtiyyatlarının həcmi ümumi daxili məhsula bərabər səviyyədədir. Bu güclü iqtisadiyyat imkan verir ki, biz Azərbaycanda istənilən sosial layihəni, infrastruktur layihələrini icra edək deyən prezident Azərbaycanın sosial dövlət olduğunu bildirib. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikilib.

Həyata keçirilən meqa layihələrdən də bəhs edən dövlət başçısı bildirib ki, Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan qitələri birləşdirən bir ölkədir. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Prezident bildirib ki, əldə olunan naliyyətlərin təməlində müstəqil olmaq öz taleyinə sahib olmaq dayanır. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir.скачать dle 10.6фильмы бесплатно
28-05-2018, 20:57
Baxıs: 80 140
Reyting: